ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli 2026-cı il dünya çempionatında İranın İtaliya ilə əvəz olunmasını təklif edib.
"Yeni Sabah" Guardian-a istindla xəbər verir ki, o, təklifinə belə izah gətirib:
"Mən İtaliyada doğulmuşam, əslən italyanam. Ona görə də İtaliyanı ABŞ-nin ev sahibliyi etdiyi turnirdə görməyi arzulayırdım. O, Dünya Kubokunda yer almaq üçün bütün lazımi keyfiyyətlərə malikdir".
Xatırlatma: İran Dünya Kubokunun G qrupunda Belçika, Yeni Zelandiya və Misirə qarşı mübarizə aparacaq.
İtaliya millisi pley-offda Bosniya və Herseqovinaya məğlub olaraq mundiala vəsiqə qazana bilməyib.
Telegram kanalımız