Zaurdan efirə qızıl ayaqqabıda gələn müğənniyə sərt tənqid   - “50 minlik...”

saytların hazırlanması

Evə çatdırılma

Zaurdan efirə qızıl ayaqqabıda gələn müğənniyə sərt tənqid - “50 minlik...”

Şou

02 Oktyabr 2019 09:51 1044


Aparıcı Zaur Kamal imkansız tələbələrin təhsil haqqını ödəmək üçün başlatdığı kampaniyaya dəstək olacağına söz verən bəzi müğənnilərin pul yollamadığını bildirib. 

“Yeni Sabah” xəbər verir ki, aparıcı efirdə onları tənqid edib:

Sezar pizza

“Biz imkansız tələbələrin təhsil haqqını ödəmək kampaniyasına başlayanda bir neçə nəfər də bizə addım atmaq istədi. Amma addımları geri qaldı.

Orxan Babazadə, əmin nə oldu? Pul göndərməliydi 1500 manat. Əgər etməyəcəkdisə, niyə sən mənə efirdən zəng edib söyləyirsən ki, Zaur belə, belə.... Bu cür olacaq, əmim pul göndərmək istəyir. Qızıldan 50 minlik ayaqqabı geyinirsən. Bir tələbənin təhsil haqqı sənin üçün heç nədir". 

Xatırladaq ki, Orxan Babazadə Zaur Kamalın verilişinə üstündə qızıl olan ayaqqabıda gəlmişdi və ayaqqabının təxminən 10 min dollar qiyməti olduğunu bildirmişdi. O, tanınmış iş adamının övladıdır. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!