Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana səfər edəcək. Bu səfər qonşu Azərbaycanla strateji tərəfdaşlığın davam və inkişaf etdirilməsi məqsədi daşıyır.
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Sabah”a açıqlamasında deyib ki, Gürcüstan prezidenti Salomi Zurabaşvilinin səfəri rəsmi Tiflsin ölkəmizə qarşı demarşı fonunda reallaşır:
“Qeyd edim ki, Gürcüstan hakimiyyəti oliqarx "Gürcü Arzusu" partiyasının lideri, sabiq baş nazir B. İvanaşvilinin təsiri altındadır. İvanaşvili də Kremlə bağlı olan şəxsdir. Məhz İvanaşvilinin göstərişi ilə Gürcüstan hakimiyyəti ölkəmizlə strateji tərəfdaşlığa zidd olaraq siyasi addımlar atır. Bura ilk növbədə Ermənistanla hərbi əməkdaşlıq sazişinin bağlanması, bu ölkədə azərbaycanlıların iradəsinə zidd olaraq qatil erməni terrorçusunun abidəsinin ucaldılması və Azərbaycan qazına alternativ olaraq Qazpromla qaz alışı danışıqlarına başlamaqdır. Toyuqlu pizza
Təbii ki, Tiflis tərəfindən qaynaqlanan bir sıra problemlər var. Zurabaşvilinin ölkəmizə səfəri mütləq şəkildə rəsmi Tiflisin son aylarda davranışlarına aydınlıq gətirilməsinə hesablanıb. Çünki Gürcüstan regionun təhlükəsizliyinə zidd olaraq, Rusiya-Ermənistan hərbi yolunu açmaqla bir növ Kremlin millitarist siyasətinin reallaşmasına qol qoyur. Hesab edirəm ki, Zurabaşvili ilə qaz satışı məsələsi, Ermənistanın blokadası və bu ölkə ilə hərbi əməkdaşlıq masaya yatırılacaq”.
M.Əsədullazadə qeyd edib ki, həqiqətən Tiflis Azərbaycana qarşı işğalçı Ermənistanla birgə hərəkət etmək planı reallaşdırır:
“Bir tərəfdən də Moskva prosesin inkişafı üçün İvanaşviliyə təlimatlar verir. İvanaşvili prezidenti ölkəmizə göndərməklə yenidən imtiyazlar almaq istəyir. Qaz qiymətində tariflərin aşağı salınması, siyasi -iqtisadi əməkdaşlığın davam etdirilməsi istiqamətində danışıqlar aparacaq. Amma Gürcüstan hakimiyyəti Azərbaycanla tərəfdaşlığına baxmayaraq Rusiya ilə qaz alışında danışıqlara gedəcək. Həmçinin Ermənistana Rusiya yolunun açılması istiqamətində də işləri davam etdirəcəklər. Sadəcə, bu səfər yaşanan problemləri guya Tiflis tərəfi qaydaya qoymağa gəlir. Amma bu problemlər Tiflisin özündən qayanaqlanır. Azərbaycan Gürcüstana heç bir güzəşt etməməli, prinsipial və ölkəmiz əleyhinə, tərəfdaşlığa zidd addımlardan çəkilməsini Salominin diqqətinə çatdırmalıdır. Prezident Salomi öz şefi Bidzina İvanaşviliyə məruzə etməlidir. Hesab edirəm ki, Kremlin nəzarətində olan İvanaşvilinin partiyası nə qədər hakimiyyətdədir , Gürcüstanın Azərbaycana provakasiyaları davam edəcək. Ona görə də bu səfərdən sonra Gürcüstanın addımında müsbət nəticələr gözləmirəm. Dəyişən bir siyasət olamayacaq”.
Günay Rəsulqızı
Telegram kanalımız