Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonu qəbul edib.
Bu barədə "Yeni Sabah"a Ombudsman Aparatından məlumat verilib.
Görüş zamanı Səbinə Əliyeva Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində həyata keçirilən islahatlar, Ombudsmanın mandatı və bu sahədə gördüyü işlər barədə qonağa məlumat verib. pizza hut
Ombudsman BMT-nin nizamnamə və müqavilə qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlıq insan hüquqlarının təbliği və təşviqi, eləcə də hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verir.
Səbinə Əliyeva insan hüquqlarının müxtəlif istiqamətləri üzrə birgə layihə və təşəbbüslərin həyata keçirilməsinin, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Dmitro Şlapaçenko qəbula görə Ombudsmana təşəkkür edib və insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.
Aytac Əliyeva
Telegram kanalımız