Rafiq Əliyevə məxsus bina dördüncü dəfə hərraca çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Rafiq Əliyevə məxsus bina dördüncü dəfə hərraca çıxarılır

Sosial

23 Noyabr 2026 19:07 49


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İrşad" İslam Araşdırmaları Mərkəzinin rəhbəri Rafiq Əliyev ona məxsus 6 mərtəbəli binanın qanunazidd olaraq satışa çıxarıldığını elan edib.

"Yeni Sabah" xəbər verir ki, o, binanın noyabrın 22-də Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elektron hərracda qanunazidd formada satışının təşkil olunduğunu bildirib.

Rafiq Əliyevin sözlərinə görə, bina satışa çıxarılsa da, alıcı tapılmayıb: Məişət texnikası

"Bununla belə, qanunun tələblərinə məhəl qoyulmadan binanın satışının yenidən təşkil edilməsi nəzərdə tutulur. Belə ki, bina noyabrın 29-da dördüncü dəfə hərraca çıxarılmalıdır. Potensial alıcılar da yaxşı anlayırlar ki, əldə edəcəkləri bu bina mübahisəli əmlakdır. Binada əsaslı təmir işləri aparıldıqdan sonra texniki pasportun və yeni çıxarışın alınması, eləcə də sənədləşmə prosesinin həyata keçirilməsi ciddi problemlərlə üzləşə bilər.

Üstəlik, məsələ ilə bağlı məhkəmə prosesi davam etdiyindən, çıxarılacaq qərar binanın satışının hüquqi əsaslarına və qanuniliyinə birbaşa təsir göstərəcək. Mən hərracın keçirilməsi ilə bağlı artıq şikayət vermişəm. İnanıram ki, hüquqi müstəvidə ədalət öz yerini tapacaq və haqqımız qorunacaq", - deyə o qeyd edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!