“Barselona” futbolçuları Bakıya gəldilər

saytların hazırlanması

Evə çatdırılma

“Barselona” futbolçuları Bakıya gəldilər

İdman

23 Noyabr 2026 21:42 56


İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"la keçirəcəyi oyun üçün Bakıya gəlib.

"Yeni Sabah" xəbər verir ki, Kataloniya təmsilçisinin təyyarəsi bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Futbolçuları hava limanında çoxlu sayda azarkeş qarşılayıb. Onlayn mağaza

"Barselona"nın əsas komandası ilə yanaşı U-19 komandası da "Sabah"la UEFA Gənclər Liqasında keçirəcəkləri oyun üçün Bakıya gəlib.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Gənclər Liqasının oyunu isə həmin gün saat 15:00-da start götürəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!