Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı

Hadisə

23 Noyabr 2026 19:58 47


Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, o, Moskvanın qərbində, Vasili Lanovoy küçəsində ölü tapılıb.

Hazırda Məhərrəmovun ölüm səbəbi məlum deyil. Prodüserin intihar etdiyi və ya bədbəxt hadisənin qurbanı olduğu ehtimal edilir. Online alış-veriş

Qeyd edək ki, Məhərrəmov 10 ildən artıq müddət ərzində şou-biznes sahəsində çalışıb. O, "360 dərəcə" formatında layihələrin idarə olunması üzrə ixtisaslaşıb. Müxtəlif illərdə "Self Made Music", "Archer Music" və "Out of Records" leybllərinə rəhbərlik edib.

Musiqi meneceri və konsert təşkilatçısı kimi Olqa Buzova, "Artik & Asti" ilə əməkdaşlıq edib. Leybl rəhbəri kimi isə Buzova, Dima Bilan, "Artik & Asti", T'Killah, "Alex & Rus", Dashi və digər ifaçılarla çalışıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!