Sabah küçəyə çıxanlar ehtiyatlı olsun -   Bu yerlərə güclü külək gəlir!

saytların hazırlanması

Evə çatdırılma

Sabah küçəyə çıxanlar ehtiyatlı olsun - Bu yerlərə güclü külək gəlir!

Sosial

23 Noyabr 2026 17:14 69


Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində güclü külək əsəcək.

“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Qobustan və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək. Elektronika məhsulları

Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə isə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyinin sürəti saniyədə 13,9-20,7 metr olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!