Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada olub?

saytların hazırlanması

Evə çatdırılma

Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada olub?

Sosial

23 Noyabr 2026 14:01 40


Bakı Dövlət Universtetinin rektoru vəzifəsindən azad edilən Elçin Babayev işdən çıxarılma xəbərini Qazaxıstanda alıb. 

"Yeni Sabah" manset.az-a istinadla xəbər verir ki, o, noyabrın 18-də Astanada keçirilən III İllik Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak etmək üçün ora yola düşüb.

Noyabrın 19-da rektor E.Babayev "Hilton Astana" hotelində Strateji Tərəfdaşlar forumunun əsas plenar iclasında iştirak edəcəkmiş. Elə iclas vaxtı sabiq rektor işdən çıxarılma xəbərini alıb. O, dərhal iclası tərk edərək Azərbaycana qayıdıb. İnternet mağaza

Faktlar onu göstərir ki, 2-ci müddətə BDU-nun rektoru vəzifəsinə təyin edilən Elçin Babayevin işdən çıxarılması onun üçün müəmmalı olub. 

Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə yenidən 2-ci müddətə BDU-nun rektoru təyin edilmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!