Geyim əxlaqın göstəricisidir? - Həmkarına etiraz etdi

saytların hazırlanması

Evə çatdırılma

Geyim əxlaqın göstəricisidir? - Həmkarına etiraz etdi

Sosial

23 Noyabr 2026 21:19 65


“Xəbər ertəsi” verilişinin aparıcıları Aytən Səfərova və Mehman Rəsulov arasında geyim və əxlaq mövzusunda fikir ayrılığı yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, Mehman Rəsulov geyimin əxlaqın bir hissəsi olduğunu bildirib. Aparıcı yeniyetmələrin geyimində ailə tərbiyəsinin rolunu nəzərə çatdırıb. O, müasirliyi açıq-saçıq geyimlə əlaqələndirmədiyini deyərək bu yanaşma ilə razılaşmayıb.

Aytən Səfərova isə həmkarının bu fikri ilə razılaşmayaraq ona etiraz edib. O, 13-17 yaşlı yeniyetmələrin geyiminə görə onların əxlaqı barədə fikir yürütməyin düzgün olmadığını bildirib. O, Bakının əvvəlki illərdə daha fərqli mədəniyyətə sahib olduğunu, insanların geyimdən çox şəxsiyyətə önəm verdiyini vurğulayıb. Online alış-veriş

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!