Ən çox pensiyanı bu rayonların sakinləri alır - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Ən çox pensiyanı bu rayonların sakinləri alır - SİYAHI

Sosial

23 Noyabr 2026 17:07 192


Azərbaycanda rayonlar arasında orta aylıq pensiya məbləğinin ən yüksək olduğu ərazi Zəngilan rayonudur. Burada təyin olunmuş pensiyaların orta aylıq məbləği 502,20 manat təşkil edir. Şuşa rayonu 491,95 manatla ikinci, Siyəzən rayonu isə 489,91 manatla üçüncü yerdə qərarlaşıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatları əsasında hazırlanmış 2026-cı il oktyabrın 1-nə olan pensiya təminatı üzrə statistik göstəricilərdə bildirilir.

Məlumata əsasən, rayonlar üzrə orta aylıq pensiya məbləğinin ən yüksək olduğu ilk beşlik belədir: Online shopping Azərbaycan

Zəngilan rayonu – 502,20 manat (3 889 pensiyaçı)

Şuşa rayonu – 491,95 manat (3 136 pensiyaçı)

Siyəzən rayonu – 489,91 manat (3 713 pensiyaçı)

Abşeron rayonu – 485,75 manat (17 767 pensiyaçı)

Qubadlı rayonu – 478,62 manat (4 714 pensiyaçı)

Salyan rayonu – 470,06 manat (12 656 pensiyaçı).

Beləliklə, ilk beşlikdəki rayonlar arasında orta aylıq pensiya məbləği üzrə ən yüksək göstərici ilə ən aşağı göstərici arasında 32,14 manat fərq var.

Qeyd edək ki, 2026-cı il oktyabrın 1-nə ölkə üzrə pensiyaçıların sayı 1 milyon 94 min 186 nəfər, təyin olunmuş pensiyaların orta aylıq məbləği isə 595,80 manat təşkil edib. Bakı şəhərində bu göstərici 820,88 manat olub.

Siyahı yalnız rayonlar üzrə tərtib edilib, şəhərlərin göstəriciləri reytinqə daxil edilməyib.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!