Masallı rayonunda 16 yaşlı qıza toya etmək istəyən valideynlər polis şöbəsinə gətirilib.
Yenisabah.az "qafqazinfo”ya istinadən bildirir ki, bu haqda Masallı rayon icra başçısının birinci müavini Məmmədhüseyn Hüseynov bildirib.
Onun sözlərinə görə Sığınacaq kəndində 2005-ci il təvəllüdlü qız və 1990-cı il təvəllüdlü oğlan üçün valideynləri toy etmək üçün hazırlıq görüblər: Pepperoni pizza
“Toy mərasiminin bu gecə keçirilməsi planlaşdırılıbmış. Bizim məlumatımız əsasında polis əməkdaşları da hadisə yerinə cəlb olunub. Hər iki şəxsin valideynləri polis şöbəsinə gətirilib”.
Məlumata görə, qızın bir ay əvvəl 16 yaşı tamam olub.
Qeyd edək ki, bu barədə ilk məlumatı cenub.az saytı yayıb.
Telegram kanalımız