Bakının bir sıra əsas yollarında hazırda nəqliyyat sıxlığı müşahidə olunur.
Bu barədə "Yeni Sabah"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sıxlıq aşağıdakı ərazilərdə qeydə alınıb: pizza mizza
Bakı-Sumqayıt şosesi – "20 Yanvar" metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" istiqamətində;
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti – əsas və köməkçi yollarda mərkəz istiqamətində;
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" istiqamətində;
Tbilisi prospekti – "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində.
Aytac Əliyeva
Telegram kanalımız