Keçmiş nazirə yeni vəzifə verildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazirə yeni vəzifə verildi - FOTO

Sosial

20 Noyabr 2026 09:20 65


Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni müdiri olub.

Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb. O, 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Bakıda online alış-veriş

O, 2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini vəzifəsində çalışıb.

Elxan Nəcəfov 2024–2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri olub.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!