2023-ün bombardirləri kimlərdir?

2023-ün bombardirləri kimlərdir?

İdman Veb saytların hazırlanması

02 Aprel 2023 12:43 765


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin ilk 3 ayında milli çempionatlarda ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb.

Yenisabah.az IFFHS-in rəsmi saytına istinadla xəbər verir ki, "Fluminense" (Braziliya) klubunda çıxış edən argentinalı German Kano 14 qolla birinci pillədə qərarlaşıb.

"Volta Redonda" komandasından Lele və Kosta Rika "Alahuelense"sindən Coan Veneqas (hər ikisi 12 qol) 2-3-cü yerləri bölüşdürürlər.

İtaliya "Napoli"sindən nigeriyalı Viktor Osimhen, Türkiyənin "Fənərbağça" klubunun ekvadorlu hücumçusu Ener Valensiya, Hindistanın "Pencap" komandasından sloveniyalı Luka Mayçen və Honkonq "Kitçi"sindən monteneqrolu Deyan Damyanoviç 12 dəfə fərqləniblər.

Qeyd edək ki, araşdırma martın 31-dək baş tutmuş oyunlara əsasən aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!