Serenay Sarıkaya haqqında qərar dəyişdi   - DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Serenay Sarıkaya haqqında qərar dəyişdi - DETALLAR

Şou

25 May 2026 17:00 161


Narkotikdən istifadə şübhəsi ilə saxlanılan türkiyəli məşhur aktrisa Serenay Sarıkaya sərbəst buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğu onu narkotik və ya psixotrop maddə əldə etmək, saxlamaq və istifadə etməkdə, həmçinin narkotik və ya psixotrop maddələrin istifadəsinə şərait yaratmaqda ittiham edirdi.   

 S.Sarıkaya ifadə verdikdən və Məhkəmə Tibbi Ekspertizasında analizlərdən keçdikdən sonra azadlığa buraxılıb. Dördpendirli pizza

Qeyd edək ki, mayın 22-də İstanbulda məşhurlara qarşı genişmiqyaslı narkotik əməliyyatı keçirilib. Əməliyyat zamanı müğənni Mabel Matiz, aktrisa Feyza Civelek, eləcə də Onur Tuna və Berkay Şahin daxil olmaqla ümumilikdə 20 nəfər saxlanılmışdı.

Şübhəlilər tibbi müayinədən sonra məhkəməyə göndərilib. Onlardan biri həbs olunub, bir neçə nəfər barəsində isə ölkədən çıxışa məhdudiyyət qoyulub.

İstintaq çərçivəsində Serenay Sarıkaya haqqında da saxlanılma qərarı verilsə də, həmin vaxt onun ölkə xaricində olduğu bildirilirdi. Aktrisanın bazar ertəsi Türkiyəyə qayıtdıqdan sonra saxlanılmışdı. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!