Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) regional filiallarının əsaslı təmiri ilə bağlı keçirdiyi tenderə yekun vurub.
“Yeni Sabah” xəbər verir ki, Salyan və Hacıqabul rayonlarında, eləcə də Biləsuvarda yerləşən DOST mərkəzlərinin inzibati binalarının əsaslı təmir işləri “İNNOVA İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib. Sözügedən binaların təmir-bərpa işlərinə görə ümumilikdə 2 138 940,27 AZN ödəniləcək.
Qeyd edək ki, nizamnamə kapiyalı 10 AZN olan “İNNOVA İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ildə təsis edilib. pizza hut
Telegram kanalımız