Müğənni Rəqsanə İsmayılova qızı ilə bağlı səmimi etirafları ilə gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı həbsdə olduğu meddətdə qızının onun üçün çox böyük əziyyətlər çəkdiyini, bəzən ona zəng etməyə belə utandığını bildirib:
“Qızım mənim üçün çox böyük əziyyətlər çəkib. Bəzən bu gün ona zəng etməyə belə utanıram. Bəli, utanıram. Nə olsun ki, mən onu böyütmüşəm? Nə olsun ki, onun üçün əziyyət çəkmişəm? Düşünürəm ki, vaxtında, zamanında həmişə onun yanında olmuşam, bu gün də yanındayam. Amma elə məsələlər var ki, onların tezliklə bitməsini istəyirəm. İstəmirəm ki, övladımın, ümumiyyətlə, heç kimin qarşısında hansısa vəziyyətə görə utanım, pis vəziyyətdə qalım. İstəyirəm ki, hər şey tezliklə yoluna düşsün və övladımın gözünün içinə rahatlıqla, başımı dik tutaraq baxa bilim”. pizza sifarişi
Qeyd edək ki, Rəqsanə İsmayılova ötən ilin avqustunda dələduzluq ittihamı ilə həbs edilmişdi.
Aydan Hacı
Telegram kanalımız