Lənkəranda ova gedən kişinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda ova gedən kişinin meyiti tapıldı

Hadisə

04 Noyabr 2026 21:12 44


Lənkəran rayonunda ova gedən 64 yaşlı kişinin meyiti aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

Müəyyən edilib ki, qamışlıqda tapılan cansız bədən 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevə məxsusdur. Marqarita pizza

İlkin məlumata görə, R.Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışlarına başlanılıb.

Meyitə baxış zamanı baş nahiyəsində xəsarət aşkarlanıb.

Meyit daxili və xarici müayinə aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ekspertizanın rəyindən sonra R.Əliyevin ölüm səbəbi məlum olacaq.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!