25 məktəb direktoru işdən çıxarıldı - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

25 məktəb direktoru işdən çıxarıldı - Rəsmi

Sosial

28 Dekabr 2021 17:06 1191


2021-ci il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib. 

Bu barədə Yenisabah.az-a İdarədən məlumat verilib.

Belə ki, 2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 33 nəfər direktor vəzifəsinə işə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib. Sezar pizza

117 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.

Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    AZƏRBAYCANDA NEÇƏ MƏKTƏB DİREKTORU HALAL MAAŞLA FƏALİYYƏT GÖSTƏRİR Kİ ONLARI YENİDƏN İŞDƏ SAXLAYIRLAR? BU MÜMKÜN DEYİL.
    4 years ago