"The New York Times" (NYT) nəşri və onun milli təhlükəsizlik məsələləri üzrə müxbiri Julian E. Barnes tərəfindən Pentaqona qarşı iddia qaldırılıb. Onlar qurumu tətbiq edilən yeni qaydalar əsasında mətbuat nümayəndələrinin ABŞ-nin Hərb Nazirliyinin qərargahına və hərbi rəhbərliyə çıxışına əngəl yaratmaqda ittiham edirlər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.
Məhkəmə şikayəti birbaşa Hərb Nazirliyinə, eləcə də qurumun rəhbəri Pit Heqset, müşavir Timoti Parlator və mətbuat katibi Şon Parnelə qarşı yönəlib. Qeyd olunur ki, media işçilərinin Pentaqon binasına yalnız idarə əməkdaşlarının nəzarəti altında buraxılmasını nəzərdə tutan yeni tələblər həm ABŞ Konstitusiyasının birinci və beşinci düzəlişlərinə ziddir, həm də NYT-yə qarşı qisas məqsədi daşıyır. pizza
Xatırladaq ki, bu, sözügedən qəzetin ABŞ Hərb Nazirliyinə qarşı ikinci şikayətidir. 2025-ci ilin dekabrında da "The New York Times" Pentaqonu və Pit Heqseti söz azadlığını boğmaqda ittiham etmişdi. Həmin vaxt narazılığa səbəb jurnalistlərdən məlumatların Pentaqonun ilkin rəsmi icazəsi olmadan dərc edilməsini qadağan edən xüsusi sənədin tələb olunması idi. Lakin o zaman məhkəmə instansiyası "təhlükəsizlik maraqlarını" əsas gətirərək Pentaqonun xeyrinə qərar çıxarmışdı./Oxu.az
Telegram kanalımız