Türkiyənin "Ankara Keçiörengücü" klubunun gənclərdən ibarət komandasının futbolçusu Abdullah Sultanoğlu 16 yaşında yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Spor Arena" portalı məlumat yayıb.
Bildirilib ki, şənbə günü motosiklet idarə edən oyunçu qəzaya düşüb. Ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. pizza
Qeyd edək ki, "Ankara Keçiörengücü" Türkiyənin gücünə görə ikinci divizionunda çıxış edir./Oxu.az
Telegram kanalımız