263 Vətən müharibəsi əlili protezlə təmin edilib

saytların hazırlanması

Evə çatdırılma

263 Vətən müharibəsi əlili protezlə təmin edilib

Sosial

16 Fevral 2022 14:31 638


Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatı sahəsində ardıcıl işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci ilin dekabr ayında bu istiqamətdə işlərə başlanıb.

Nazirlikdən Yenisabah.az-a bildirilib ki, ötən dövrdə 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.

Eləcə də I Qarabağ müharibəsində, Vətən müharibəsinə qədərki dövrdə hərbi əməliyyatlarda, habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əliliyi müəyyən olunmuş 75 hərbçinin də 80 ədəd həmin protezlərlə təminatı həyata keçirilib. Dominos pizza

Beləliklə, 263 müharibə əlili yüksək texnologiyalı 276 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.

Bu protezlərlə təminat Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həyata keçirilir.

Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!