28 il sonra dağıdılmış evinə getdi –    VİDEO

saytların hazırlanması

Evə çatdırılma

28 il sonra dağıdılmış evinə getdi –  VİDEO

Sosial

15 Fevral 2021 10:31 1215


“Bilirsən nə istəyirəm? Zəngilana getmək istəyirəm...” 

Yenisabah.az xəbər verir ki, həyəcan dolu, həsrət dolu, nisgil dolu bu sözlər Ermənistanın işğalı nəticəsində doğma yurdundan məcburi köçkün düşən 71 yaşlı Sürəyya Məmmədovanın dilindən səslənir.

28 illik ayrılıqdan sonra doğulub böyüdüyü yurda qovuşan qadının ağrı-acısı ilə bərabər sevinci də, ümidi də Azərbaycan Jurnalistlər Şəbəkəsinin ərsəyə gətirdiyi “Zəngilana, Ağalıya getmək istəyirəm...” filmində yer alıb. “Atamın qəbrini ziyarət edəcəyəm. 35 yaşında yoldaşımı itirmişəm. 5 uşağımı götürüb ordan çıxmışam. Ancaq heç vaxt oranı unutmuram”- deyə uzun ayrılıqdan sonra Zəngilana, Ağalıya ayaq basan Sürəyya ananın simasından yurd yerlərindən didərgin düşən bütün qaçqın və məcburi köçkünlərin iztirabını, nisgilinı və nəhayət fərəhini bilmək olar. Uşaqlığının, gəncliyinin ən əziz xatirələrini, atasının, həyat yoldaşının, qohum-əqrəbasının məzarlarını qoyub gəldiyi rayonun 3-cü Ağalı kəndində indi Sürəyya ananı yerlə yeksan edilmiş evlər, dağıdılmış qəbirlər, rəngini itirmiş boz küçələr... qarşılayır. Sürayyə ana acı və göz yaşları içində viran olmuş yurduna nəzər salıb “Heç nə yoxdur, yenə olacaq, dövlətimiz sağ olsun“ - deyə işğaldan azad edilən ərazilərin yenidən qurulacağına, bu yerlərə əvvəlki kimi yenidən həyatın qayıdacağınaı da inamını ifadə edir.  Dördpendirli pizza

Film Müzəffər Ordumuzun şücaəti, Ali Baş Komandan İlham Əliyevin iradəsi və xalqımızın birliyi sayəsində işğaldan azad edilən torpaqlarımızın hazırkı vəziyyətini, insanlarının yurd sevgisini və torpaq həsrətini əks etdirmək baxımından aktualdır. 

6 dəqiqəlik videofilm yaradıcı heyətin fantaziyasını deyil, reallığı, baş verən hadisələrə yanaşma tərzini - müharibə və onun dəhşətlərini, məcburi köçkünlərin vətən həsrətini, ağrı-acısını iğaldan azad edilən torpaqlarımızın yenidən dirçəldilməsi ilə bağlı ümidləri ardıcıllıqla təqdim edir.

Filmin müəllifi Ayaz Mirzəyev, prodüseri Zəka Quliyev, operatoru Vüqar V.Ş, montaj ustası A.Nuruşzadədir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!