Gəncə şəhərinin 4-cü mikrorayon ərazisindəki 13-cü binanın sakinləri yol problemindən əziyyət çəkirlər.
Mövcud vəziyyətlə əlaqədar Yenisabah.az-a şikayət ünvanlayan bina sakini İlham Kərimov bildirib ki, ərazidəki yol 3 il əvvələ qədər normal vəziyyətdə olub:
"Yollarımız əvvəl asfalt idi. 3 il əvvəl su sistemlərinin yenilənməsi zamanı gəlib yolları qazdılar, bərbad vəziyyətə saldılar. Bizə demişdilər ki, yenidən asfaltlanacaq, amma 3 ildir gözləyirik". Pepperoni pizza
Sakinlərin sözlərinə görə, dağılmış yollar həm piyadalara, həm də avtomobili olanlara çətinlik yaradır:
"Qonşulardan yıxılanlar çox olub. Ötən dəfə bir qonşu yıxılıb qolu sınmışdı. Həmçinin uşaqlar da velosiped sürə bilmirlər. Yolların hazırkı vəziyyəti sakinlərin gediş-gəlişini və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir".
Şeyla Səmiyeva
Telegram kanalımız