3 ölkə yeni hərbi layihəyə imza atır

saytların hazırlanması

Evə çatdırılma

3 ölkə yeni hərbi layihəyə imza atır

Dünya

02 Dekabr 2022 12:45 798


Yaponiya, Böyük Britaniya və İtaliya gələn həftə yeni nəsil qırıcının birgə hazırlanmasına dair sazişin bağlandığını elan edəcəklər.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, Tokio və London üçün müqavilə daha sıx müdafiə əlaqələri deməkdir.

Layihədə aparıcı rolun Yaponiyanın “Mitsubishi Heavy Industries” və Böyük Britaniyanın “BAE Systems” şirkətlərinə həvalə ediləcəyi gözlənilir. Üstəlik, 2023-cü ildə tərəflər layihənin detallarını dəqiqləşdiriləcək. Toyuqlu pizza

Yaponiya birgə istehsal edilən qırıcının ixrac oluna bilməsi üçün hərbi ixracla bağlı qaydalarını yumşaltmaq təkliflərini nəzərdən keçirir. Öz növbəsində, yanvar ayında Tokio və London Yaponiyanın özünümüdafiə qüvvələri üçün yeni nəsil FX qırıcılarının birgə hazırlanmasına başlayacaqlar. O, hazırda ABŞ-da xidmətdə olan “F-2” çoxməqsədli döyüş təyyarələrini 2030-cu illərdən sonra əvəz etməlidir.

Layihədə Britaniya tərəfdən “Rolls-Royce” şirkəti, Yaponiya tərəfdən isə “Ishikawajima Heavy Industries Aircraft Corporation” iştirak edir.

Bütün qırıcıların hazırlanması layihəsinin dəyəri, ilkin hesablamalara görə, 1,5 trilyon yen (təxminən 11 milyard dollar) təşkil edəcək. Yaponiya Müdafiə Nazirliyi daha əvvəl “FX” prototipinin istehsalının 2024-cü ildə başlanacağını, uçuş sınaqlarının 2028-ci ilə, seriyalı istehsalın isə 2031-ci ilə planlaşdırılacağını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!