Sorğunuza cavab olaraq bildirmək istərdik ki, 300-dən çox tələbənin Naxçıvandan Bakıya dönə bilməməsi ilə bağlı redaksiyanıza daxil olan məlumat həqiqəti əks etdirmir.
Bu barədə Yenisabah.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yüksək tələbat müşahidə olunsa da, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti sərnişinlərin Bakı ilə Naxçıvan arasında aviadaşımalara olan tələbatını tam ödəmək məqsədilə lazımi tədbirlər görür. Zərurət yarandığı hallarda aviaşirkət tərəfindən sözügedən istiqamətdə əlavə reyslər təyin olunur. Məlumat üçün bildirək ki, 30 iyun və 1 iyul tarixlərində Bakıdan Naxçıvana və əks istiqamətdə 15 reys yerinə yetirilib. Bü günə isə (2 iyul) 17 reysin həyata keçirilməsi planlaşdırılıb. pizza mizza
Bundan əlavə, aviaşirkət müəyyən şəraitə görə (sağlamlıq vəziyyəti, hüzr mərasimi) təcili olaraq Bakıdan Naxçıvana və Naxçıvandan Bakıya yola düşən sərnişinlərə qarşı həmişə çevik olmağa çalışır və onlara aviabiletlərin alınmasında operativ şəkildə kömək edir.
Qeyd edək ki, yay mövsümündə ənənəvi olaraq aviadaşımalara, xüsusən də Naxçıvan istiqamətində olan uçuşlara, tələbat artımı müşahidə olunur. Bu səbəbdən AZAL sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı tövsiyə edir.
***
Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Bakıya dönə bilmirlər. Buna səbəb Naxçıvandan paytaxta uçan təyyarələrə bilet tapılmamasıdır.
Yenisabah.az xəbər verir ki, hazırda 300-dən çox tələbə Bakıya gəlmək üçün Naxçıvan Hava Limanında gözləyir.
Tələbələrdən birnin saytımıza verdiyi məlumata görə, Türkiyə sərhəddini 3 gün əvvəl keçsələr də, bilet ala bilmədikləri üçün Naxçıvan aeroportunda qalıblar. Maddi sıxıntısı olan bəzi tələbələrin aeroportda və parklarda gecələdiyi bildirilir.
Tələbələr bilet probleminin həll olunması üçün AZAL rəhbərliyindən Naxçıvan-Bakı istiqamətində əlavə uçuşların təşkil olunmasını xahiş ediblər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız