4 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

4 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

İdman Veb saytların hazırlanması

16 Sentyabr 2023 12:24 505


Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Yenisabah.az xəbər verir ki, İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində Cənubi Koreyadan olan Hyeonsik Sonqla üz-üzə gələcək.

Maqomed-Başir Xaniyev (70 kq) da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, qazaxıstanlı olan Sanjar Dojanovla qarşılaşacaq.

Abubakr Abakarov (86 kq) 1/16 finalda kanadalı Aleksandr Murla güləşəcək.

Ən ağır çəkili güləşçimiz Georgi Meşvildişvili (125 kq) isə 1/16 finalda bolqarıstanlı İslam Adizovla üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!