Yaxın yarım əsrdə Hindistan iqtisadiyyatı təkcə Yaponiya və Almaniyanı deyil, həm də 2075-ci ilə qədər ABŞ-ı da keçərək Çindən sonra ikinci yeri tutacaq.
Yenisabah.az xəbər verir ki, bu, "Goldman Sachs" analitiklərinin rəyidir.
Hindistan hazırda ÜDM-ə görə beşinci yerdədir. Dördpendirli pizza
Goldman analitiklərinin fikrincə, Hindistan iqtisadiyyatını təkcə artan əhalinin deyil, həm də innovasiyaların və texnologiyaların aktiv inkişafı, kapital qoyuluşunun artması və əmək məhsuldarlığının yüksəldilməsi təmin edəcək.
Yaxın 20 ildə Hindistanda əhalinin işləməyən kateqoriyalarının sayının əmək qabiliyyətli yaşda olan insanların sayına ("asılılıq əmsalı" deyilən) nisbəti regionda ən aşağı göstəricilərdən biri olacaq.
Hindistanın xüsusilə qadınların işçi qüvvəsində iştirak payını artırmağa ehtiyac var. Hazırda əmək qabiliyyətli yaşda olan qadınların yalnız 20%-i işləyir.
Ölkənin ÜDM-i yanvar-mart aylarında illik ifadədə 6,1% artıb. Cari ilin yekunlarına görə, ölkə iqtisadiyyatının 7,2% artacağı gözlənilir.
Telegram kanalımız