YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
55 yaşlı kişidən iyrənc hərəkət

55 yaşlı kişidən iyrənc hərəkət

Hadisə

06 Oktyabr 2022 08:52 6838


55 yaşlı qonşu kişi bir neçə ay qonşusu 12 yaşlı şərti adı Sveta olan qızı qorxu içində saxlayıb.

Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, qorxu içində yaşayan qız valideynlərinə bu yaxınlarda başına gələnləri deyib. Hər şey isə ötən yay tətilində başlayıb.

Arkadi Svetaya yaxınlaşıb onunla ciddi söhbət etmək istədiyini və bu barədə valideynlərinə məlumat verməməyi tələb edib. Bildirib ki, çoxdan onu izləyir, rəfiqəsi ilə lüt çoxsaylı video və fotolarını əldə edib. Hədələyib ki, bunları internetdə yayacaq və bu zaman onun həyatı məhv olacaq. Qız dəhşətə gəldikdə isə onu məsələni sülh yolu ilə həll etməyi təklif edib. Evinə gəlməyi tövsiyə edib.

Qorxu içində olan qız biabır olmamaq üçün hər şeyə hazır olub. Hər dəfə zorlananda heç kimə bu barədə məlumat verməyib. Nəhayət qız bu barədə valideynlərinə, onlar da öz növbəsində  polisə xəbər verib. Barəsində cinayət işi qaldırılan manyakı 20 illik həbs qərarı gözləyir. Çox güman ki, qız onun ilk və sonuncu qurbanı deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!