İngiltərə Premiyer Liqasının 37-ci turu çərçivəsində lider “Arsenal” doğma divarlar arasında “Börnli” klubunu qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, oyun “topçular”ın minimal hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qolu 36-cı dəqiqədə Kay Haverts vurub. İkinci hissədə qonaqlar nə qədər çalışsa da, hesaba tarazlıq gətirə bilməyiblər. Marqarita pizza
Bu nəticə ilə xallarının sayını 82-yə çatdıran londonlular ən yaxın izləyicisi olan “Mançester Siti” ilə xal fərqini 5-ə yüksəldib. “Şəhərlilər” bu axşam “Bormunt” qarşısında xal itirəcəyi təqdirdə, “Arsenal” son turu gözləmədən çempionluğunu elan edə bilər.
Qeyd edək ki, “Arsenal” son dəfə 2003-2004 mövsümündə, Arsen Vengerin rəhbərliyi altında Premiyer Liqa tituluna yiyələnib. “Qunnerlər” 22 ildir ki, Premiyer Liqa kubokuna həsrətdir.
Nazim Hacıyev
Telegram kanalımız