6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Sosial

26 Aprel 2024 14:22 562


Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq. 

Bu barədə Yenisabah.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ), Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq “Masallı” yarımstansiyasından qidalanan 35 kV-luq Əminli hava xətti təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq. Dominos pizza

Bununla əlaqədar olaraq saat 14:00-dan saat 17:00-dək rayon ərazisinin bir sıra hissələrində, Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində enerji verilişində fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!