7 keçmiş hərbçinin əlilliyi ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

7 keçmiş hərbçinin əlilliyi ləğv olundu

Sosial

17 İyun 2021 15:46 783


Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 24 şəxsin əyani müayinəsi aparılıb.

Yenisabah.az-a verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 13-nə əlillik təyin olunmasına dair qərar qəbul olunub. 

Qalan şəxslərdən 7-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi, 3-nün tam reabilitasiya olunduğu müəyyən edilib, 1-nə isə səhiyyə müəssisəsində yenidən müayinə olunması üçün göndəriş tərtib edilib.  Dördpendirli pizza

Qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Budəfəki əyani müayinədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə iştirak edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!