80-lər trendində hamını geridə qoydu: Türkan Şoraydan nostalji paylaşım   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

80-lər trendində hamını geridə qoydu: Türkan Şoraydan nostalji paylaşım - FOTOLAR

Şou

11 Sentyabr 2026 20:51 90


Sosial medianı bürüyən 80-ci illər trendinə Yeşilçamın əfsanəvi aktrisası Türkan Şoray da qoşulub.

“Yeni Sabah” xəbər verir ki, sənətçinin süni intellektlə hazırlanan 80-ci illər fotoları trendinə qoşulmaq üçün həmin dövrdə çəkilmiş öz fotosunu paylaşması böyük maraqla qarşılanıb.

Türk kinosunun ən məşhur simalarından biri olan Türkan Şoray çoxsaylı filmlərdə canlandırdığı obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub. Aktrisanın 80-ci illərə aid fotosunu paylaşması isə sosial şəbəkələrdə qısa müddətdə gündəmə çevrilib. pizza hut

Şoray digər məşhurlardan fərqli olaraq trendə süni intellektlə hazırlanmış görüntü ilə deyil, məhz həmin illərdə çəkilmiş real fotosu ilə qatılıb.

Paylaşımın ardından aktrisanın fotosu çoxsaylı bəyənmə və şərhlə qarşılanıb. İzləyicilər Türkan Şorayın trendə öz fotosu ilə qoşulmasını yüksək qiymətləndirərək “Trendin əsl sahibi”, “Sultan son nöqtəni qoydu” kimi rəylər yazıblar.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!