Ermənipərəst senator insult keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənipərəst senator insult keçirdi

Dünya

02 Noyabr 2026 00:40 73


ABŞ-nin Konnektikut ştatından olan demokrat senator Kris Mörfi insult keçirərək xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə senatorun nümayəndələri jurnalistlərə məlumat veriblər.

Qanunvericinin aparatından bildirilib ki, Mörfi yerli xəstəxanaya çatdırılıb və müayinə zamanı onda insult aşkarlanıb. Daha sonra senator Merilend ştatında yerləşən Cons Hopkins Universitetinin tibb mərkəzinə köçürülüb. Nümayəndələri onun huşunun özündə olduğunu qeyd ediblər. Dominos pizza

Qeyd edək ki, senator ABŞ Senatında qondarma "erməni soyqırımı" qətnaməsinin lehinə səs verib və ABŞ-dakı Erməni Milli Komitəsi (ANCA) tərəfindən dəstəklənən siyasətçilərdən biridir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!