ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq etdi

Dünya

09 Avqust 2023 21:51 1534


Birləşmiş Ştatlar Belarusun sanksiyalar siyahısına daha səkkiz fiziki və beş hüquqi şəxsi, o cümlədən “Belavia” şirkəti və Minsk Mülki Aviasiya Zavodunu daxil edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Məlumata görə, qara siyahıya, həmçinin Belarus Dövlət Nəzarət Komitəsinin Maliyyə Təhqiqatları Departamenti daxil edilib. pizza mizza

Bununla yanaşı, ABŞ daha 101 Belarus rəsmisinə və onlarla əlaqəli şəxslərə ölkəyə girişi qadağan edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!