“Şimali Koreyanın ABŞ və ya müttəfiqlərinə qarşı istənilən nüvə hücumu Kim rejiminin məhvi ilə nəticələnəcək”.
Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin danışıb.
Kim Çen In hökuməti son günlər Pxenyanda bir sıra raket sınaqları keçirib. Yaponiya həmin sınaqları “qeyri-adi və tamamilə dözülməz” adlandırıb. Dördpendirli pizza
ABŞ Müdafiə Nazirliyinin yaydığı birgə bəyanata görə, Ostin Cənubi Koreyanın müdafiə naziri Li Çenq Sup ilə görüşündə deyib: “Strateji nüvə silahları qəbuledilməzdir və Kim rejiminin süqutuna səbəb olacaq”.
Oxşar ifadə keçən həftə açıqlanan ABŞ-ın Milli Müdafiə Strategiyasına da daxil edilib.
Telegram kanalımız