ABŞ Prezidenti Donald Tramp 2027-ci ilin əvvəlində İrana qarşı genişmiqyaslı hərbi zərbələrin bərpasını nəzərdən keçirir.
"Yeni Sabah" xəbər verir ki, Vaşinqton və Tehran arasında münaqişənin dayandırılmasına dair razılaşma əldə olunmasa, ABŞ yenidən hərbi əməliyyatlara başlaya bilər.
Fox News telekanalına müsahibəsində Tramp ABŞ və İran arasında dolayı danışıqların davam etdiyini bildirib. Online alış-veriş
Amerika liderinin açıqlamasına əsasən, tərəflər arasında razılaşma əldə edilməyəcəyi təqdirdə Yeni ildən sonra İrana qarşı hərbi zərbələrin bərpası gündəmə gələ bilər.
Hazırda Vaşinqton və Tehran arasında danışıqlar birbaşa deyil, vasitəçilər üzərindən aparılır. Tərəflər münaqişənin dayandırılması ilə bağlı razılığa gəlməyə çalışırlar.
Trampın açıqlamasına görə, İrana qarşı növbəti hərbi addımların atılması danışıqların nəticəsindən asılı olacaq./Musavat.com
Telegram kanalımız