Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bayden administrasiyasının Türkiyəyə “F-16”ların satışına müsbət yanaşdığını bildirib.
Yenisabah.az Anadolu"ya istinadla xəbər verir ki, bundan əvvəl ABŞ Senatı Türkiyə ilə “F-16” döyüş təyyarələri ilə bağlı müqaviləyə dair qanun layihəsində məhdudlaşdırıcı şərtləri ləğv edib.
Məhdudiyyətlər Türkiyənin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemlərini almasından sonra tətbiq edilib. Üstəlik, Birləşmiş Ştatlar Türkiyəyə ən modern “F-35” qırıcılarının tədarükü proqramından çıxarılması barədə rəsmi bildiriş göndərib. Marqarita pizza
Türkiyə Müdafiə Sənayesi Qurumunun rəhbəri İsmayıl Dəmir bildirib ki, ABŞ-la “F-16”ların alınması ilə bağlı sövdələşmə baş tutmasa, ölkə Rusiyadan “Su-35” qırıcılarını almağı düşünə bilər.
Telegram kanalımız