ABŞ generalı: Rusiya və Ukraynanın itkiləri bərabərdir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ generalı: Rusiya və Ukraynanın itkiləri bərabərdir

Dünya

10 Noyabr 2022 10:24 667


Ukraynadakı müharibədə Rusiya Silahlı Qüvvələrinin 100 mindən çox hərbçisi ölüb və yaralanıb.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Baş Qərargah Rəisləri Komitəsinin başçısı general Mark Milli bildirib.

General Milli Ukrayna Silahlı Qüvvələrinin də Rusiya qədər itki verdiyini ehtimal edir. Onun sözlərinə görə, Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynanın 40 minə yaxın dinc sakini ölüb. Sezar pizza

Ukrayna Baş Qərargahının noyabrın 9-na olan məlumatına əsasən, Rusiya 77 mindən çox hərbçi itirib.

Rusiyanın Müdafiə Nazirliyi isə sonuncu dəfə sentyabrın 21-də itkilərinin sayını açıqlayıb. Həmin vaxt nazirlik 5 937 hərbçisinin öldüyünü bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!