ABŞ HƏMAS hərəkatının üzvləri və "Sepah"a qarşı yeni sanksiyalar tətbiq edib.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
HƏMAS-ın üzvü olan və hərəkatın İrandakı nümayəndəsi kimi fəaliyyət göstərən iordaniyalı Xalid Qəddumiyə qarşı sanksiyalar tətbiq edilib. Məhdudiyyətlər həmçinin iranlılar Əli Morşid Şirazi, Mustafa Məhəmməd Hani və Əli Əhməd Feyzullahiyə də tətbiq edilir. "Onlar "Sepah" üzvləri kimi HƏMAS və "İslami Cihad" qruplarına təlim və dəstək verirlər”. Dördpendirli pizza
Bundan başqa, Qəzza zolağında yerləşən “Əl-Ənsar” xeyriyyə cəmiyyəti və onun direktoru Nasir əl-Şeyx Əli ABŞ sanksiyalarına məruz qalıb. Sudanın "Zawaya Group for Development and Investment Co" şirkətlərinə də məhdudiyyətlər tətbiq olunub. Bu şirkət sudanlı iş adamı Əbdel Basit Həmzə əl-Həsən Muhəmməd Xairə məxsusdur.
Telegram kanalımız