ABŞ Konqresində Bayden ailəsinə verilən rüşvətin məbləği açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Konqresində Bayden ailəsinə verilən rüşvətin məbləği açıqlandı

Dünya

15 İyun 2023 23:11 967


ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer bildirib ki, prezident Cozef Baydenin ailəsi əcnəbilərdən 30 milyon dollara qədər rüşvət ala bilərdi ki, bu da ilkin hesablamadan üç dəfə çoxdur.

Bu barədə "Report" “Fox News”a istinadən xəbər verir.

Onun sözlərinə görə, komitəyə çoxlu bank qeydləri daxil olub: “Qeydlər əsasında məbləği bu həftə 10 milyon dollara qədər artıracağıq. Hesab edirəm ki, biz hesabı 20-30 milyon dollara çatdıracağıq”. Dominos pizza

O, həmçinin qeyd edib ki, Amerika liderinin ailəsinin mümkün korrupsiya sxemləri barədə məlumat mənbəyi Federal Təhqiqatlar Bürosunun ən yüksək maaşlı və ən etibarlı mənbəyi olub, xüsusi xidmət ona 200 min dollardan çox pul ödəyib.

Eyni zamanda, Komer FTB-dəki mənbələrə istinadən bildirib ki, Birləşmiş Ştatların hakimiyyət orqanlarına ölkə prezidentinin ailəsinin hüquq pozuntuları ilə bağlı istintaqdan “geri çəkilmək” tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!