“ABŞ və Rusiya arasında aparılan danışıqlar ölkələr arasında münasibətlərdə risklərin azaldılmasına yönəlib, lakin Ukrayna ilə bağlı məsələlər müzakirə olunmur”.
Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Edrian Uotson bildirib.
Onun sözlərinə görə, Vaşinqton lazım olduqda Rusiya hökuməti ilə yüksək səviyyədə birbaşa danışıq imkanına malikdir: Dördpendirli pizza
“Bu, son bir neçə ayda baş verib. Danışıqların yeganə məqsədi ABŞ və Rusiya arasında münasibətlərdə risklərin azaldılmasıdır. Bunun Ukrayna ilə bağlı diplomatiya və ya başqa məsələ ilə heç bir əlaqəsi yoxdur”.
Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirmişdi ki, Rusiya ilə ABŞ arasında siyasi dialoq görünməmiş dərəcədə aşağı səviyyədədir:
“Etimad mühiti sarsılır və hətta qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq pozulur”.
Xatırladaq ki, fevralda Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın başlamasından sonra Rusiya ilə ABŞ arasında münasibətlər kəskin şəkildə pisləşib.
Bundan dərhal sonra Qərb, o cümlədən ABŞ Moskvaya qarşı hərtərəfli sanksiyalar tətbiq edib, Kiyevə milyardlarla dollar dəyərində silah və hərbi texnika tədarükünü artırıb. Moskva və Vaşinqton arasında təmaslar, əvvəllər Amerika administrasiyasında qeyd edildiyi kimi, hazırda yalnız çox məhdud sayda məsələlər üzrə aparılır.
Telegram kanalımız