“ABŞ terrorçulara dəstək verir” - Çavuşoğlu 

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ terrorçulara dəstək verir” - Çavuşoğlu 

Dünya

30 Noyabr 2022 16:01 658


“ABŞ-ın Suriyada terror təşkilatlarına dəstək verməsi açıq-aydın ortadadır”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə keçirilən NATO xarici işlər nazirlərinin sammitində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Türkiyəni əngəlləməyə çalışan cəhdlər müşahidə edirik. Biz lazımi cavabları vermişik. Müttəfiqlərdən dəstək gözləyirik. O cür “amma”lı açıqlamalar gözləmirik. Həm Suriyada, həm İraqda terrorla mübarizəmizi davam etdirəcəyik. Deyilir ki, digər NATO ölkələrində də bunlar var. Haqlıdırlar. Pul toplanır, adamlar yığılır. Bütün bunlara son vermək lazımdır. ABŞ-ın Suriyada terror təşkilatlarına dəstək verməsi açıq-aydın ortadadır”, - deyə nazir bəyan edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!