ABŞ Ukraynaya qoşun göndərməyəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya qoşun göndərməyəcək

Dünya

30 İyun 2023 12:15 637


Birləşmiş Ştatlar Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirəcək, lakin ora öz qoşunlarını göndərməyi planlaşdırmır.

Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O deyib: “Prezident çox açıq şəkildə bildirib ki, ABŞ qoşunları Ukrayna torpaqlarında olmayacaq". pizza sifarişi

M. Miller xatırladıb ki, Birləşmiş Ştatlar bu yaxınlarda Ukraynaya əlavə təhlükəsizlik yardımı kimi, o cümlədən davam edən əks-hücumun ehtiyacları üçün əlavə 500 milyon dollar ayrıb.

Miller onu da qeyd edib ki, Vilnüsdə keçiriləcək sammitdə “Ukraynaya NATO-nun, o cümlədən ABŞ-ın dəstəyini hiss edəcəksiniz”.

Dövlət Departamentinin sözçüsü deyib: “Gözləyirik ki, NATO sammiti Ukrayna üçün həm siyasi, həm də praktiki dəstək paketi təqdim edəcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!