ABŞ və Avropa İttifaqının hakimiyyət orqanları Ukraynaya hərbi yardımın çatdırılması nəticəsində arsenallarının tükənməsi səbəbindən ciddi çətinliklərlə üzləşib.
Yenisabah.az “The Washington Post”a istinadla xəbər verir ki, bu sözləri NATO üzvü olan dövlətlərdən birinin rəsmisi deyib.
ABŞ və onun avropalı müttəfiqləri Ukraynanı kifayət qədər miqdarda silah və reaktiv yaylım atəşi sistemləri ilə təmin etməyə çalışırlar, lakin onlar çətinliklərlə üzləşirlər. Pepperoni pizza
Adı açıqlanmayan rəsmi deyib: “Qərb çətin vəziyyətə düşüb. Artıq çox şey çatdırılıb. Qərb ölkələri öz ehtiyatlarını daha dərindən araşdırmalıdır. İndi daha uzunmüddətli və strateji səylərə ehtiyac var”.
O əlavə edib ki, Rusiyada minlərlə hərbi texnika anbarlarda qalıb və Rusiya müəssisələri kifayət qədər artilleriya mərmisi istehsal edir.
Telegram kanalımız