TƏCİLİ! ABŞ-yə məxsus hərbi gəmidə yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! ABŞ-yə məxsus hərbi gəmidə yanğın oldu

Dünya

30 Aprel 2026 22:43 259


ABŞ-nin Hind-Sakit okean komandanlığının zonasında "USS Higgins" esminesinin göyərtəsində yanğın baş verib, xəsarət alanlar barədə məlumat daxil olmayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Yanğının səbəbləri və zədənin miqyası barədə təfərrüat məlum deyil.

"Marinetraffic" gəmi izləmə xidmətinin məlumatına görə, fevral ayında esmines Sinqapur limanında olub. "USS Higgins" ABŞ Hərbi Dəniz Qüvvələrinin Asiyada mövcudluğunu təmin etmək üçün dayaq hərbi gəmisidir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!