Putinlə görüş zamanı Uitkoffdan   DİQQƏTÇƏKƏN DETAL - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Putinlə görüş zamanı Uitkoffdan DİQQƏTÇƏKƏN DETAL - FOTO

Dünya

22 Oktyabr 2026 19:12 112


ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüş zamanı "şparqalka"dan istifadə edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Politika Stranı" "Telegram" kanalı məlumat yayıb.

Jurnalistlər Uitkoffun əlində tutduğu əlyazma qeydlərin fotosunu çəkməyə müvəffəq olublar. Qeydlərin birinci bəndində "Çox sağ olun" sözü yer alıb. İkinci bənddə isə "Kuşner və Z. ilə görüşdüm. Dünən irəliləyiş hiss etdim" ifadəsi yazılıb. pizza mizza

Bundan əlavə, qeydlərdə "uğuru inkişaf etdirmək lazımdır", "üçtərəfli görüş" və "sövdələşmə" kimi açar sözləri oxumaq mümkün olub.

Xatırladaq ki, oktyabrın 21-də Putin və Uitkoff arasında Sankt-Peterburqda danışıqlar keçirilib. Görüşə ABŞ tərəfindən danışıqlar aparan Cared Kuşner də onlayn formatda qoşulub. Müzakirələrin yekununda Uitkoff Rusiya lideri ilə görüşün konstruktiv mühitdə keçdiyini bəyan edib./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!