Yıldız Tilbe pul payladı

saytların hazırlanması

Evə çatdırılma

Yıldız Tilbe pul payladı

Şou

22 Oktyabr 2026 19:57 114


Türkiyəli müğənni Yıldız Tilbenin bank hesabındakı milyonlarla lirənin onun xəbəri olmadan faizə yatırıldığı iddia olunur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Gel Konuşalım” proqramının şərhçisi Seray Sever canlı yayımda danışıb.

Onun sözlərinə görə, bank əməkdaşı müğənninin hesabında olan vəsaiti xəbərsiz şəkildə faizli əmanətə yerləşdirib. Bundan xəbər tutan Yıldız Tilbe isə faiz gəlirini qəbul etməyərək banka etiraz edib. Sezar pizza

Seray Sever bildirib ki, müğənni “Mən bu pulu götürmərəm, məni günaha batırırsınız” deyərək qəzəblənib. Daha sonra faizdən əldə olunan vəsait torbalara yığılaraq ehtiyacı olan insanlara paylanıb. İddialara görə, torbaları müğənninin özü hazırlayıb və yardımı şəxsən ehtiyac sahiblərinə çatdırıb.

Qeyd edək ki, Yıldız Tilbe daha əvvəl Qəzzada çadır şəhərciyinin qurulması layihəsinə 300 min dollar (təxminən 13 milyon lirə) ianə etməsi ilə də gündəmə gəlmişdi.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!