TƏCİLİ! Azərbaycanda yüksək vəzifəli şəxs   HƏBS OLUNDU - FOTO

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! Azərbaycanda yüksək vəzifəli şəxs HƏBS OLUNDU - FOTO

Kriminal

22 Oktyabr 2026 19:45 552


"Naxçıvan Aqroservis"in sədri həbs edilib.

"Yeni Sabah" xəbər verir ki, Naxçıvanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. pizza

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" ASC-nin sədri Cavid Ağaməliyev dövlət əmlakının mənimsənilməsində ittiham olunur.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!